Savunma ve Stratejik Analizler

27 Şubat 2019 Çarşamba

MKE şirkəti MPT avtomatının qeyri-NATO kalibrli versiyalarını hazırlayacaq

27/02/2019 Azeridefence

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKE) Milli Piyada Tüfənginin (MPT) qeyri-NATO kalibrli patronlara uyğunlaşdırılmış versiyalarını hazırlamağı planlaşdırır.

Bu barədə “AzeriDefence”yə İDEX-2019 sərgisində iştirak edən MKE Təşkilatından məlumat verilib.

MKE yetkililərinin sözlərinə görə, silahın sovet kalibrli patronları (7.62×39 mm və 5.45×39 mm) istifadə edən versiyalarının hazırlanması barədə düşünülür. Bu ideyanın reallaşması adıçəkilən avtomatların sovet kalibrli sursat istifadə edən dövlətlərə ixracına imkan verəcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, sınaqların keçirilməsi üçün həm MPT-76, həm də MPT-55 avtomatlarından bəlli sayda Azərbaycana da göndərilib.
...
http://az.azeridefence.com/mke-sirketi-mpt-avtomatinin-qeyri-nato-kalibrli-versiyalarini-hazirlayacaq-ozel

Hiç yorum yok:

Yorum Gönder