03/09/2018 Azeridefence.com
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu Türkiyənin ASELSAN şirkəti ilə birlikdə sonuncunun lazer yönləndirmə dəstini (LGK- lazer güdüm kiti) yerli istehsal olan aviasiya bombalarına inteqrasiyasını həyata keçirib.
“AzeriDefence”nin məlumatına görə, Azərbaycan istehsalı olan 250 kiloqramlıq qəlpəli-fuqas aviasiya bombasına inteqrə edilmiş LGK ADEX-2018 sərgisində nümayiş etdiriləcək.
Bu NATO standartlarına uyğun bombalar üçün nəzərdə tutulmuş LGK-nın qeyri-NATO ölkələrində istehsal edilən aviasiya bombalarına ilk intteqrasiyasıdır.
Bombanın döyüş hissəsini MSN ETİ, lazer yönəltmə dəstini isə ASELSAN şirkəti hazırlayıb. Yaradılan məhsulun həm daxili, həm də xarici sifarişlər üçün birgə istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, MSN Elmi-Tədqiqat İnstitutu ilə ASELSAN şirkəti arasında LGK-nin Azərbaycan istehsalı olan aviasiya bombalarına inteqrə edilməsinə dair razılaşma 2017-ci ilin may ayında İstanbul şəhərində keçirilən İDEF-2017 sərgisində imzalanıb.
http://az.azeridefence.com/msn-ve-aselsan-lazer-yonlendirme-destini-azerbaycan-bombalarina-inteqre-edib/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder