Savunma ve Stratejik Analizler

16 Ekim 2018 Salı

Səlcuq Bayraktar: Azərbaycanla “Bayraktar-TB2” PUA-larla bağlı görüşmələr gedir

16/10/2018 AzeriDefence

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı olan “Baykar” şirkəti iki ölkəyə PUA ixrac edəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Baykar” şirkətinin istehsal müdürü Səlcuq Bayraktar bildirib.

S.Bayraktarın sözlərinə görə, PUA-ların ixrac ediləcəyi ölkələrin sayı yaxın gələcəkdə 4-ə çatdırılacaq.

İstehsal müdürü bildirib ki, Azərbaycanla “Bayraktar-TB2” silahlı PUA-larla bağlı görüşmələr davam edir.

Qeyd edək ki, cari ilin əvvəlində Türkiyəyə səfəri zamanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov “Baykar” şirkətinin zavoduna baş çəkərək PUA istehsalı prosesi ilə tanış olub.

http://az.azeridefence.com/selcuq-bayraktar-azerbaycanla-bayraktar-tb2-pua-larla-bagli-gorusmeler-gedir/

Hiç yorum yok:

Yorum Gönder