Savunma ve Stratejik Analizler

1 Aralık 2018 Cumartesi

Fransa Azərbaycana ASTER 30 SAMP/T və “VL Mica” ZRK-nin satışına hazırlaşır

01/12/2018 Kaynak: Azeridefence.com

Fransanın “MBDA Systems” şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir.

Bu barədə “AzeriDefence” jurnalına “MBDA Systems” şirkətinin nümayəndəsi məlumat verib.

Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb.

“Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olublar və məmnundurlar. Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”, – deyə şirkət nümayəndələri qeyd ediblər.
...
http://az.azeridefence.com/fransa-azerbaycana-aster-30-samp-t-ve-vl-mica-zrk-nin-satisina-hazirlasir-ekskluziv/

Hiç yorum yok:

Yorum Gönder